Daşkəsəndə qaydaları pozan sürücülər cərimələniblər
2021-04-23 10:04
Daşkəsən Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində reyd keçiriblər. Dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbət aparılıb. Qaydaları kobud şəkildə pozan avtomobil sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Fərid Mehdiyev