Canlı
Daşkəsəndə oğul ata-anasını baltalayıb

2018-09-14 / 12:05

Daşkəsəndə oğul ata-anasını baltalayıb. Rayonun Qabaqtəpə kəndində yaşayan 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı, 64 yaşlı Tamara Bağırovaya axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi Bağırov ağır xəsarətlər yetirib. Oğul anasının başına balta ilə bir neçə zərbə vurub, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir. O, narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayıb, bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb. Faktla bağlı cinayət işi açılıb.

Vəfa Şairova