Canlı
Daşkəsəndə oğru dəstə ifşa olundu

2018-03-12 / 16:03

Daşkəsən polisi ötən il rayonun mərkəzi poçtundan bağlamaları oğurlayan 3 nəfəri - 31 yaşlı Amid Bağırov, 27 yaşlı Samir Namazov və 21 yaşlı Ədil Məmmədovu saxlayıblar. Dəstə üzvləri yaşadıqları kənddə iki evin hər birindən dəyəri 800 manat olan məişət və ev əşyaları, rayon mərkəzində olan iki mağazanın hər birindən 1000 manat dəyərində əşyalar, ərzaq və danışıq kartları oğurlayıblar. Xoşbulaq kəndində olan bir neçə evdən də məişət əşyaları aparıblar.

Vüsalə Camal