Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Daşkəsəndə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Mercedes” markalı yük avtomobilini qaydaları pozduğu üçün saxlayıb. Nemət Süleymanovun narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.
Fərid Mehdiyev