Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb

2019-09-10 16:00

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb. Hadisə rayonun Quşçu kəndində baş verib. Kənd sakini - 19 yaşlı Eltun Həsənli həmkəndlisi Gəncəli Hüseynov ilə mübahisə edib. Mübahisə nəticəsində Hüseynov Eltun Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Vəfa Şairova