Daşkəsəndə ev yanıb
2021-02-09 10:11
Daşkəsən şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzilin eyvanında geyim və məişət əşyaları 1,5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nərgiz camal