Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edilib
Daşkəsənin Əmirvar kəndində qanunsuz olaraq “Kamaz”la dağ süxurunun daşınması fakt aşkarlanıb. Sürücü barəsində inzibati protokol tərtib olunub. Bundan başqa Quşçu kəndində qalaqlanan və yandırılan məişət tullantıları aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.