Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb
2021-03-15 10:05
Daşkəsən Polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Alunit” İstehsalat Sahəsinin ərazisindən oğurluğa cəhd edən şəxslər yaxalanıblar. Rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıb. Onlar ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1 600 metr uzunluğundakı metal məftil və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.
Vüsalə camal