Daşkəsəndə baytarlar profilaktik tədbirləri gücləndiriblər
2020-02-17 18:04
Daşkəsən Rayon Baytarlıq İdarəsinin həkimləri iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlar arasında nyukasl, eləcə də sahibli itlərə qarşı quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın sonları, martın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Fərid Mehdiyev