Daşkəsəndə avtomobil qəzası olub, xəsarət alanlar var
Daşkəsənin Alunitdağ qəsəbəsində "VAZ-21015" idarəetmədən çıxaraq dərəyə aşıb. 2 nəfər xəsarət alıb. Onlardan Elmir Fətalizadənin xəsarəti daha ciddi olduğundan Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib. Digər şəxsin vəziyyəti normal qiymətləndirilir.
Nərgiz Camalzadə