Daşkəsəndə 15 yaşlı qızın özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Daşkəsəndə 15 yaşlı qızın özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluqdan APA-ya bildirilib ki, qeyd olunan faktla bağlı Daşkəsən rayon prokurorluğunda müvafiq istintaq hərəkətləri həyata keçirilir. Bir neçə gün öncə Daşkəsinin Qabaqtəpə kəndində yerli sakin, 15 yaşlı Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb.