Daşkəsən sakinlərindən narkotik götürülüb
2020-02-03 18:05
Daşkəsən polisi Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş, Anar Orucovu saxlayıb. Üzərindən çəkisi 26.337 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Evindən isə 1 kq marixuana tapılıb. Digər əməliyyatla Quşçu kənd sakini Elçin Əmrahovdan 20.540 qram narkotik götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsi Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları isə keçirdikləri əməliyyatlarla 105 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısını alıblar.
Nərgiz camal