Daşkəsənə ilk qar yağdı

2019-11-02 12:00

Axşam saatlarından başlayaraq Azərbaycanın Qərb bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Hava şəraitinin dəyişməsi Daşkəsənə ilk qarın yağmasına səbəb olub. Rayonuna səhər saatlarından yağmağa başlayan qar hələ də davam edir. Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

Ruhəngiz Hacızadə