Daşkəsənə dolu, bəzi yerlərə qar yağıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, müxtəlif yerlərə arabir qar yağıb. Daşkəsən rayonuna bu gün diametri 16 mm olan dolu düşüb. Yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.
Fərid Mehdiyev