Dağlıq rayonlara qar yağıb
Qərb bölgəsinin dağlıq rayonlarına qar yağıb. Dünən axşam saatlarından başlayaraq Göygöl, Daşkəsən və Gədəbəy rayonlarına yağan qar yollarda problem yaşatmayıb.
Şuşaya da qar yağıb, Xocavəndə və Füzuliyə dolu düşüb.
Hazırda Qusarın rayon mərkəzində də 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var.
İsmayıllı və Qəbələdə isə qarın qalınlığı 15 sm-ə çatıb.
Vüsalə Cənnətova