Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir. Prezident İlham Əliyev
2020-12-18 16:00
İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq. Bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib. Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədə olduğunu, üçtərəfli Bəyanat imzalanandan ötən müddətdə atəşkəsin pozulması ilə bağlı cəmi bir insidentin qeydə alındığını vurğulayıb. olub. "Atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”, - deyə dövlət başçısı bildirib.
Vüsalə Camal