Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sənədə əsasən, müvafiq sahədə yeni istehsal güclərinin yaradılması, o cümlədən emal və metallurgiya müəssisələrinin istismara verilməsi, müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi, yaradılması nəzərdə tutulan istehsal gücləri nəzərə alınmaqla, müvafiq sahədə yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması planlaşdırılır.
23 sentyabr 2026

