"Dəstəyimiz sizinlədir, qardaş Türkiyə!". Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
2020-10-31 12:10
"Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim". Tvitter səhifəsində Xarici İşlər naziri Ceyhun Bayramov "Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!", - deyə bildirib. İzmirdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, yaralı sayı 804-dür.
Vəfa Şairova