"Dərin mənəvi-psixoloji sarsıntı içində olan Ermənistan ordusunda on mindən çox fərari olub”. Prezident İlham Əliyev
2021-10-04 12:10
Sentyabrın 27-i 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-ü 8 kənd, Suqovuşan qəsəbəsi və Talış kəndi, oktyabrın 4-ü bir çox kəndlər azad olundu, o cümlədən Cəbrayıl şəhəri. Bu mənəvi üstünlüyü müharibənin son gününə qədər saxlamışdıq. Bunu Tərtərin Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucalan Prezidenti İlham Əliyev bildirib. "Dərin mənəvi-psixoloji sarsıntı içində olan Ermənistan ordusunda on mindən çox fərari olub. Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu. Görəndə ki, Azərbaycan Ordusu artıq gəlir, qorxaqcasına oradan fərari kimi qaçıb", - deyə dövlət başçısı bildirib.
Vüsalə camal