Dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb
2021-09-21 18:09
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə tədbiri ilə dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb. Heyəti Neftçala sakinləri Quliyev Süleyman Qəhrəman oğlu və Abuşov Sahib Qarakişi oğlu olan, Salyan rayonu istiqamətindən icazəsiz olaraq gecə vaxtı dənizə çıxan mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq sahildən 1.6 mil məsafədə saxlanılıb. Qayıqlardan ümumilikdə 48 680 qutu tütün məmulatları aşkar edilib.
Vüsalə camal