Dənizdə 2 neftçinin meyiti tapıldı
2020-06-24 14:00
Ötən ay 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş verən qəza zamanı itkin düşən iki əməkdaşın cəsədləri tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb. Tapılan cəsədlərdən biri həmin qəza zamanı itkin düşən, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 49 yaşlı Elşad Rəsulova məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Digər cəsədin qalıqlarının analizləri davam etdirilir.
Nərgiz Camal