Dəmir yolu keçidində avtomobil qatarla toqquşub
Xaçmazın Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi “Toyota” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.Sürücü xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobilə ciddi ziyan dəyib. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, bu cür qəzalar əsasən sürücülərin məsuliyyətsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verir. Sürücülərə dəmiryol keçidlərində daha diqqətli olmaq və yalnız qatarın olmadığına əmin olduqdan sonra hərəkət etmək tövsiyə olunur.
30 aprel 2026

