Dəm qazı bu dəfə Tovuz və Qax sakinlərinin həyatına son qoydu
2021-02-03 12:02
Tovuzda ötən gün axşam saatlarında yerli sakin 24 yaşlı Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub. Onun meyiti bir müddətdən sonra hamamdan tapılıb. Fakt Tovuz rayon prokurorluğunda araşdırılır. Qaxda da anoloji hadisə baş verib. Təqaüddə olan polis mayoru, yerli sakin, 67 yaşlı Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Vüsalə camal