Dəm qazı bu dəfə Şəkidə can aldı
2021-02-08 12:09
Şəkinin Vahabova küçəsində 3 nəfər dəm qazından zəhərlənib. Məlumata görə, Zöhrə Hüseynova və Kənan Hüseynlinin evin hamam otağında çimərkən halları pisləşib. Bu zaman ev sahibi Vüqar Hüseynov onları hamam otağından çıxarsa da, özü orada ölüb. Zöhrə Hüseynova və Kənan Hüseynli dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Nərgiz camal