Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana gətirilib
Dələduzluqda ittiham olunan Anar Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.Baş Prokurorluğun məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsində araşdırılan cinayət işi üzrə Anar Abbasovun qulluq mövqeyindən təkrar istifadə edərək dələduzluq yolu ilə xeyli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr var.
16 oktyabr 2026

