Dələduzluq və oğurluq edən şəxslər saxlanılıb

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılıb. O, mənzillərdən ümumilikdə 4 min 800 manat pul, qızıl-zinət və məişət əşyaları, eləcə də inşaat materialları oğurlayıb. Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs özünü kommunal xidmət işçisi kimi təqdim edərək evdə kimsənin olub-olmadığını yoxlayıb, mənzildə heç kimin olmadığına əmin olduqdan sonra oğurluq edib.Bakıda avtoservisdə avtomobilini təmirə gətirən İ.Çobanov ustanın asılqandan asdığı paltarın cibindən 5 min manat götürərək ərazidən uzaqlaşıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə şübhəli şəxs saxlanılıb.Paytaxtın Nəsimi rayonunda 11 min manat kredit əldə etmək istəyən qadın tanımadığı şəxsin təqdim etdiyi bank kartına 2 min manat köçürsə də, vəd edilən krediti ala bilməyib. Polis əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimovu saxlayıb. Onun pulu gizlətmək məqsədilə dostuna məxsus bank kartından istifadə etdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

27 noyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik