Dünyanın ən bahalı liqalarının siyahısı açıqlanıb
“Transfermarkt” portalı klubların siyahılarının qiymətinə əsasən dünyanın ən bahalı futbol çempionatlarının reytinqini tərtib edib. Birinci yerdə İngiltərə Premyer Liqasıdır, onun dəyəri 11,04 milyard avro qiymətləndirilir. Reytinqdə ikinci yeri 4,77 milyard avro ilə İspaniya La Liqası tutur. Ən bahalı çempionatların üçlüyünü İtaliya A Seriyası tamamlayır. Onun dəyəri 4,71 milyard avrodur. Dördüncü yerdə Almaniya Bundesliqas, beşinci pillədə isə Fransa liqası qərarlaşıb.
Emin İsazadə