Dünyanın ən bahalı futbol klubları açıqlanıb, siyahıya ispan klubları liderlik edir
2021-05-19 14:00
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib. Birinci pillədə 4,76 milyard avro dəyərə sahib olan İspaniya təmsilçisi "Barselona" qərarlaşıb. Ölkənin digər klubu "Real Madrid" 4,75 milyard avro ilə ikincidir. Almaniya "Bavariya"sı isə 4,21 milyard avro dəyərlə üçüncü sırada yer alıb. İlk 5-liyi İngiltərə klubları Mançester Yunayted və Liverpul qapayır.
Fərid Mehdiyev