Dünyanın ən bahalı futbolçusu açıqlanıb
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb. Araşdırma 75 liqadan ümumilikdə 30 000 oyunçu arasında aparılıb. Yekun nəticəyə əsasən, İngiltərə millisinin və Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumameylli yarımmüdafiəçisi Cud Bellingem ən bahalı futbolçu olub. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir. İlk "üçlük"də həmçinin İngiltərənin "Mançester Siti" klubunun vingeri Fil Foden (200,5 milyon avro) və Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe (190,7 milyon avro) yer alıb.