Dünyada koronavirusa yoluxanların sayı son sutkada 575 mindən çox artıb
2020-12-22 10:01
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 575 mindən çox artıb. Yoluxanların ümumi sayı 75 milyon 704 min 857, ölənlərin isə 1 milyon 690 min 061 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatından o da bildirilib ki, bu ayın sonunadək ABŞ-ın və Almaniya şirkətlərinin virusa qarşı birgə hazırladığı peyvənd təsdiq edilə bilər. Bu arada Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenə yeni növ koronavirusa qarşı peyvəndin iki dozasından birincisi mətbuat qarşısında vurulub.
Fərid Mehdiyev