Dünyada koronavirus pandemiyasının episentri açıqlanıb
2021-11-17 10:09
Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib. ÜST bildirib ki, dünyadakı COVID-19-a yoluxmaların və ölüm hallarının yarısı qitənin payına düşür. Bununla əlaqədar olaraq, bir sıra Avropa ölkələri Milad bayramı ərəfəsində COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudiyyətlərin yenidən tətbiq edilməsi imkanını nəzərdən keçirir.
Vüsalə camal