Dünya Səyahət Bazarı sərgisində Qarabağın turizmi haqda məlumat verilib
2020-11-14 16:00
Azərbaycan Turizm Bürosu Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində iştirak edib. Virtual formatda baş tutan sərgidə Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı, təhlükəsizliyin təminindən və infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə artıq turizm imkanlarını tam göstərə biləcəyinə əminlik ifadə olunub.
Nərgiz Camal