Dünya Kubokunun açılış mərasimi keçirilib

2019-03-14 / 14:27

Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacaq. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək.

Ruhəngiz Hacızadə