Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
2021-04-12 18:00
Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. 3 gün davam edəcək yarışda ölkəni fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcək.
Nərgiz camal