"Dünya gözəli" müsabiqəsinin qalibi məlum olub
2021-12-13 10:11
Hindistan təmsilçisi Harnaz Sandhu “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi olub. İsrailin Eylat şəhərində baş tutan tədbirdə əsas finala Hindistan, Paraqvay və Cənubi Afrikadan olan iştirakçılar qalıb və onların da arasından hindistanlı dünya gözəli seçilib. Sayca 70-ci olan müsabiqədə dünyanın 80 ölkəsindən təmsilçilər iştirak edib.
Fərid Mehdiyev