Dünya futbol tarixində ən sürətli qollardan biri vurulub
2021-11-17 14:00
Salvador yığmasının futbolçusu Xayro Enrikes tarixə düşüb. 28 yaşlı yarımmüdafiəçi səfərdə Panamaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda fərqlənib. O, 12-ci saniyədə hesabı açıb və mundialların seçmə matçlarında ən sürətli üçüncü qola imza atıb. Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.
Vüsalə camal