Canlı
Dünya birjalarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,10 dollar artaraq 1 187,60 dollara, gümüş isə 16,85 dollara satılıb.

Fərid Mehdizadə