Dünya Bankı növbəti iki il ərzində iqtisadiyyatın artımını gözləyir
2020-10-14 10:09
2020-ci ildə Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və neftin qiymətlərinin ucuzlaşması fonunda 4,2 faiz azalacaq. Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatına əsasən, bu göstərici cari ilin iyununda proqnozlaşdırılan göstəricidən 1,6 faiz bəndi çoxdur. Dünya Bankı növbəti iki il ərzində iqtisadiyyatın artımını gözləyir. Proqnoza əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 faiz artacaq. Ən pis halda artımın 1,1 faiz həcmində olması gözlənilir.
Nərgiz Camal