Canlı
Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır

2018-12-06 / 08:18

Dünya Bankı “yaşıl iqtisadiyyat”ın müxtəli inkişaf variantlarını tədqiq etmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Bankın Bakıdakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi Trend-ə deyib ki, bundan əlavə, Azərbaycan Energetika Nazirliyi ilə alternativ enerji mənbələri ilə bağlı ilkin danışıqlar keçirilib. “Hazırda konkret layihələr yoxdur, amma əgər hökumət külək və ya günəş enerjisi kimi alternativ enerji mənbələri ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik”.

Vəfa Şairova