Canlı
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək

2019-01-11 / 08:25

Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçmək niyyətindədir. Bu barədə Dünya Bankının mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir. Namizədliklər fevralın 7-dən martın 14-nə qədər təqdim edilməlidir. Yeni prezident 2019-cu ilin yaz görüşünə qədər seçiləcək. yanvarın 7-si yayılan bəyanatda hazırkı prezident Cim Yon Kimin fevralın 1-də istefaya gedəcəyi bildirilirdi.

Vəfa Şairova