Dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır

Bu gündən etibarən dünyanın 30 ölkəsindən olan nüfuzlu səyyahların daxil olduğu “NomadMania” klubunun nümayəndə heyətinin Qarabağa səfərə başlayıb. “NomadMania” klubunun təsisçisi, beynəlxalq səviyyədə tanınan səyyah Hari Mitsidisin rəhbərliyi altında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, Avstraliya, Braziliya, Hindistan, Türkiyə və digər ölkələri təmsil edən səyyahlar üç gün müddətində Qarabağ və Şərqi Zəngəzur bölgələrində olacaqlar.
Qrup səfər çərçivəsində azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təmizləmə fəaliyyəti ilə tanış olacaq, eyni zamanda Ermənistanın işğal dövründə törətdiyi dağıntı və vəhşilikləri yerində müşahidə edəcək. Bu səfər, Qarabağ bölgəsinin beynəlxalq aləmdə “black tourism” – yəni post-münaqişə turizmi çərçivəsində tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bildirək ki, son beş il ərzində ETIC, MTP, TCC, NomadMania kimi dünyanın əsas səyyah şəbəkələrinin, eləcə də onların üzvləri olan Türkiyə Gəzginlər Klubu, İsveçin Club-100, Böyük Britaniyanın “Piki Reels” və Norveçin “Vagaclub” kimi təşkilatların üzvləri Qarabağa və Şərqi Zəngəzura 12 dəfə səfər ediblər. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik