Dünya üzrə koronavirusla bağlı son göstəricilər açıqlanıb
2020-03-10 10:00
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 10-na olan son statistik məlumatları yayımlayıb. Dünyada yoluxma sayı ümumilikdə 115 ölkə/ərazi üzrə 114 422 nəfərdir. Son yoluxma sayı 60 nəfərdir. Onların içərisində 19-u yeni olmaqla 4027 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 64 088 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.
Fərid Mehdiyev