Canlı
Dünya üzrə bütün hemofiliyalı xəstələr üçün beynəlxalq elektron kartlar yaradılacaq

2018-10-11 / 10:03

Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova Trend-ə deyib ki, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq - istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq. Məsələ Dünya Hemofiliya Federasiyası tərəfindən artıq bütün ölkələrə təklif edilib.

Vəfa Şairova