Dünya çempionatında fanatların virusa qarşı tam aşılanmadan stadiona girməsinə icazə verməyəcək
2021-06-21 12:11
Qətər 2022-ci il dünya çempionatında fanatların virusa qarşı tam aşılanmadan stadiona girməsinə icazə verməyəcək. Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün danışıqlar aparılır. Gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək çempionat qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Vüsalə camal