Dünya çempionatında 8-ci tur baş tutub

2019-03-14 / 11:06

Qazaxıstanın paytaxtı Astanada kişi şahmatçılar arasında keçirilən komandalararası dünya çempionatında 8-ci tur baş tutub. Yarışda iştirak edən Azərbaycan millisinin növbəti rəqibi İran yığması olub. Qarşılaşmada tərəflər 2:2 hesablı sülh bağlayıblar. Sonuncu turun ardından 6 xalı olan yığmamız 7-ci pillədə qərarlaşıb. Bu gün – sonuncu turda komandamız Misirlə üz-üzə gələcək.

Fərid Mehdiyev