Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb, Həsrət Cəfərov yarımfinalda uduzub
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı sabah qızıl medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşacaq.67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov isə sabah bürünc medal uğrunda mübarizə aparacaq.87 kiloqramda yarışan İslam Abbasov da sabah təsəlliverici görüşə çıxacaq.Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli və Sənan Süleymanov artıq dünya çempionu olublar. Mundial noyabrın 1-də başa çatacaq.
26 oktyabr 2026

