Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirib. Yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin ¼ finaldakı rəqibi Bolqarıstan-İngiltərə cütlüyünün qalibi olacaq.
Lalə Nəsib