Dünya Çempionatı-2022-yə ev sahibliyi edəcək stadionun açılışı olub
2020-06-16 16:06
Futbol üzrə Dünya Çempionatı-2022-yə ev sahibliyi edəcək Qətər mundial oyunlarının keçiriləcəyi 3-cü stadionun – “Education City Stadium”un açılışını edib. Açılış mərasimi koronavirus səbəbiylə tamaşaçısız baş tutub. “Səhrada almaz” adı verilən stadionun dizaynı almaz şəklində hazırlanıb və 40 min azarkeş tutumuna malikdir.
Vüsalə Camal