Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb
2020-10-21 11:04
Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir. Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub: Tərtərə 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya 2 mərmi, Smerch raketi və Naftalana Smerch raketi atılıb. Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.
Fərid Mehdiyev