Düşmənin zenit qurğusu sıradan çıxarılıb
2020-11-04 14:10
Ordumuzun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, dünən günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılan Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib. Yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılan 20 mm-lik 3 topdan ibarət zenit qurğusu, aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.
Fərid Mehdiyev